XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

09 Noyabr 2018 - 23:02

Türkiyədə hərbi sursatın partlaması nəticəsində 25 nəfər yaralanıb –7 əsgər itkin düşüb

Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursatın partlaması nəticəsində 25 hərbçi yaralanıb.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, hadisə nəticəsində itkin düşən 7 əsgərin axtarışı davam edir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıblar.