XƏBƏR LENTİ

18 Dekabr 2018
17 Dekabr 2018

Digər Xəbərlər

06 Dekabr 2018 - 14:28

Prezident Trampın qəribə hərəkəti –230 metr yolu getmək üçün  kortej çağırıb  

ABŞ prezidenti Donald Tramp  230 metr yolu getmək üçün 8 avtomobildən ibarət kortejlə hərəkət edib.

Strateq.az bildirir ki, bu barədə “Vaşinqton Post” yazıb.

D.Tramp vəfat etmiş sabiq həmkarı ata Corc Buşun oğlu Corc Buşa başsağlığı vermək üçün mərasimin keçirildiyi məkana gedib. Vida mərasimi isə Ağ Evin qonaqlar üçün nəzərdə tutulmuş iqamətgahı olan “Bler haus”ada təşkil olunub. Trampın həyat yoldaşı Melani ilə birgə oturduğu limuzini  8 avtomobildən ibarət kortej müşaiyət edib. Maraqlı odur ki, Trampın yaşadığı evlə mərasim keçirilən yer arasında məsafə 230 metrdir. Prezident sabiq həmkarı, kiçik Corc Buş və ailəsi ilə 23 dəqiqə oturub. Vidalaşmadan sonra Tramp dərhal avtomobilə oturub və evə qayıdıb.

Qəzet yazır ki, bu qədər yaxın məsafə üçün prezidentin kortejdən istifadə etməsi çoxlarına qəribə gəlib.