XƏBƏR LENTİ

21 Yanvar 2019
20 Yanvar 2019

Digər Xəbərlər

10 Yanvar 2019 - 20:39

Ağ Ev rəsmisi:"ABŞ Suriyadakı İran nümayəndələrini çıxarmağa çalışacaq"

 

“ABŞ İran nümayəndələrini Suriyadan diplomatik yollarla çıxarmağa çalışacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Qahirə Amerika Universitetində çıxışı zamanı bildirib.

“ABŞ diplomatik yollarla Suriyadakı bütün iranlıların son nəfərədək ölkəni tərk etmələri üçün səy göstərəcək və BMT-nin yardımı ilə Suriya xalqının məşəqqətlərinə son qoymaq, ölkəyə sabitlik gətirmək istiqamətində çalışacaq”, – deyə Ağ Ev rəsmisi qeyd edib.