XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

10 Yanvar 2019 - 21:33

BMT:"Livanda hələ də 1,5 milyonadək suriyalı qaçqın var"

miqrant-11.jpgHazırda Livan ərazisində qonşu Suriyadan milyon yarımadək qaçqın yaşayır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin Livandakı humanitar missiyasının əlaqələndiricisi Filip Lazzarini mətbuat konfransında deyib.

“Bildiyiniz kimi, qaçqınların rəsmi qeydiyyatı 2014-cü ilin sonunda başa çatdırılıb. Belə ki, ölkə ərazisində qaçqınların sayı 950 mindən artıqdır, biz onların həqiqi sayının 1,2-1,3 milyon arasında ehtimal edirik. Hərçənd 1,5 milyon olmasına dair də fikirlər var”, – deyə BMT rəsmisi bildirib və əlavə edib ki, hələlik Suriyaya əhəmiyyətli geri axın nəzərə çarpmır.

Rəsmi məlumatlara görə, 2018-ci ildə Suriyaya 16-17 min nəfər, əvvəlki il 14 min nəfər dönüb. Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim. Hələlik bundan uzağıq” – deyə əlaqələndirici bildirib.