XƏBƏR LENTİ

22 Mart 2019
21 Mart 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 15:48

Zərifdən ABŞ dövlət katibinə tikanlı cavab:“O zaman əsl cəhənnəm qopacaq...”

“ABŞ-ın xarici siyasəti yalnız xaos və repressiya gətirir”.

Musavat.com xarici mətbuata isitnadən xəbər verir ki, bu bəyanatı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Maykl Pompeoya cavab olaraq verib.

“Nə vaxt ki, İran guya “normal ölkə olmaq” üçün ABŞ-ın “müştərilərini” və Pompeonun “insan hüquqalrına hörmət nümunəsi” kimi göstərdiyi (bu keçmiş şah və ya indiki qəssablar da ola bilər) şəxsləri təqlid etsə, o zaman əsl cəhənnəm qopacaq”,-deyə Zərif tvitter hesabında yazıb. Xarici işlər naziri ABŞ-ı İranı itirməsi ilə barışmağa çağırıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Maykl Pompeo Qahirə universitetində çıxışı zamanı ölkəsinin diplomatiya yolu ilə sonuncu iranlının Suriya torpaqlarını tərk etməsinə nail olacağını söyləyib. Bundan başqa, ABŞ rəsmisi İran tərəfindən nəzarət edilən güclər çıxmayana qədər Suriyanın bərpası üçün heç bir dəstək verməyəcəklərini qeyd edib.