XƏBƏR LENTİ

22 Mart 2019
21 Mart 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 17:18

Almaniyanın xarici işlər naziri:"Avropanın enerji siyasətinə dair suallar ABŞ-da deyil, Avropada həll olunmalıdır"

“ABŞ-ın Moskvanın dəstəklədiyi “Şimal axını-2″ təbii qaz layihəsinə qarşı sanksiyaları enerji təchizatı mübahisəsini həll etməyin yanlış yoludur”.  Bunu Almaniyanın Xarici işlər naziri Heiko Maas deyib.

O bildirib ki, Avropanın enerji siyasətinə dair suallar Birləşmiş Ştatlarda deyil, Avropada həll olunmalıdır. Nazir əlavə edib ki, “Şimal axını-2” kəmərinə birtərəfli sanksiya tətbiqi “düzgün yol deyil”.

“Şimal axını-2” Baltik dənizinin dibilə çəkiləcək, Rusiya qazını birbaşa Qərbi Avropaya nəql edəcək. Eyni zamanda Ukraynadakı mövcud şəbəkələrdən yan keçəcək. Vaşinqton bu layihəyə qarşı çıxıb, onu Rusiyanın Avropaya təsirini möhkəmləndirmək aləti adlandırıb.

Almaniya kansleri Angela Merkel isə deyib ki, Rusiya Prezidenti Vladimir Putindən Ukrayna ərazisindən qaz nəqlinə icazə verəcəyinə dair vəd alıb. Moskva 11 milyard dollarlıq bu layihəni sırf iqtisadi adlandırır, başqa ölkələrə qarşı yönəlmədiyini deyir.

Xatırladaq ki, Moskva 2014-cü ildə Ukraynanın Krım regionunun qanunsuz ilhaq edəndən Rusiyayla Ukraynanın, Qərbin münasibətləri pisləşib. Moskva həm də Ukraynanın şərqində hökumət qüvvələrinə qarşı savaşan separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bu müharibədə 10 min 300-dən çox ölən olub.

(Azadlıq radiosu)