XƏBƏR LENTİ

18 Yanvar 2019
17 Yanvar 2019

Digər Xəbərlər

11 Yanvar 2019 - 18:54

Belarus Minskdə ABŞ diplomatlarının sayına limiti qaldırır- Lukaşenkodan maraqlı jest

Belarus uzun illərdir bu ölkədəki ABŞ diplomatlarının sayına mövcud olmuş limiti qaldırıb. Bu haqda Birləşmiş Ştatların “Foreign Policy” dərgisi yazır.

Bu addım Belarusla Birləşmiş Ştatların arasında diplomatik dönüş nöqtəsi sayılır. Həm də Minskin Moskvayla münasibətlərinin enerji mübahisəsi üzündən gərginləşdiyi bir dönəmə təsadüf edir.

Böyük addımdır, buzun əriməsinin başlanğıcıdır”, – adıçəkilməyən ABŞ rəsmisi yanvarın 10-da dərgiyə deyib.

“Foreign Policy ” məsələdən agah iki diplomatik mənbəyə istinadla yazır ki, Belarusun Xarici işlər naziri Vladimir Makei yanvarın 10-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Wess Mitchell-ə bu qərar barədə məlumat verib.

Dövlət Departamenti məsələni şərh etməyib, ABŞ hökumətinin qismən qapadılması nəticəsində mətbuat əməliyyatlarının “ixtisar olunduğunu” deyib.

Belarusun Xarici İşlər Nazirliyinin sözçüsü yanvarın 11-də deyib ki, Belarus və ABŞ-ın aparıcı rəsmiləri bu yaxınlarda ikitərəfli münasibətləri yaxşılaşdırmaq yollarını müzakirə ediblər.

Belarusun Xarici İşlər Nazirliyi və ABŞ Dövlət departamentinin aparıcı rəsmilərinin bu yaxınlarda telefon söhbəti apardığını təsdiqləyə bilərik”, – Belarus XİN-in mətbuat katibi Anatoli Glatz BelTA dövlət xəbər agentliyinə deyib.

Belarus-ABŞ münasibətlərinin fərqli aspektləri, onları təkmilləşdirmək imkanları da müzakirə olunub”, – Glatz söyləyib. (Azadlıq radiosu).