XƏBƏR LENTİ

19 Mart 2019
18 Mart 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 13:42

Parisdə güclü partlayış olub –Ölən və yaralananlar var

Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Treviz küçəsində qeydə alınıb.

Partlayışın çörək dükanında qaz sızması nəticəsində baş verdiyi və hadisədən sonra güclü yanğın çıxdığı bildirilir.

BFM telekanalının məlumatına görə, xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb.

Yeni partlayışlardan çəkinən polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edir.

Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib.

Qeyd edək ki, bu gün Parisdə və ölkənin başqa böyük şəhərlərində “sarı jiletlilər”in bahalığa və vergi artımına qarşı etiraz nümayişləri keçirilir.