XƏBƏR LENTİ

23 Mart 2019
22 Mart 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 16:39

Parisdə “sarı jiletlilər”in aksiyası… –Həbs edilənlər var

Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in nümayişi öncəsi həbslər başlayıb. 

TASS xəbər verir ki, Paris polisi artıq 24 nəfəri saxladığını açıqlayıb.

Onların üzərində başqasına xəsarət yetirmək üçün istifadə edilə bilən əşyalar, həmçinin bibər qazından qorunmaq üçün hermetik eynəklər aşkar edilərək götürülüb. Belə əşyaları, həmçinin qaz maskaları və respiratorları nümayiş zamanı daşımaq qadağandır.

Bu gün “sarı jiletli”lərin etiraz aksiyaları keçirdikləri ardıcıl doqquzuncu şənbədir/Report.