XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 21:04

Pompeo Çavuşoğlu ilə müzakirdən sonra açıqlama verdi:"Suriya kürdlərini qoruyan nəticə əldə edəcəyimizə ümid edirəm"

Türkiyənin Xarici İşlər nazir Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Pompeo-Çavuşoğlu danışığında Suriyada baş verən son yeniliklər müzakirə edilib.

ABŞ Dövlət katibi Mayk Pompeo Türkiyənin Xarici İşlər nazir Mövlud Çavuşoğlu ilə baş tutan telefon danışığı baradə açıqlama verib.

O, Suriya ilə bağlı danışıqların müsbət olduğunu, həmçinin həm Türkiyə, həm də Suriya kürdlərini qoruyan yaxşı bir nəticə əldə edə biləcəklərinə ümid etdiyini söyləyib.

Pompeo ABŞ qüvvələrinin Suriyadan çəkilməsinin taktika dəyişiklik olduğunu bildirərək ABŞ-ın İŞİD və İrana qarşı hərbi potensialını dəyişmədiyini qeyd edib/Axar.az.