XƏBƏR LENTİ

24 İyun 2019
23 İyun 2019

Digər Xəbərlər

12 Yanvar 2019 - 23:46

Türkiyədə PKK-ya qarşı əməliyyat –Son iki həftədə 23 terrorçu zərərsizləşdirildi

Türkiyənin Silahlı Qüvvələri ötən il dekabrın 28-dən bu il yanvarın 11-dək 23 terrorçunu zərərsizləşdirib.

Bu barədə “Anadolu” agentliyinin verdiyi məlumata görə, PKK-ya qarşı Diyarbəkirdə aparılan antiterror əməliyyatları zamanı xeyli sayda silah-sursat, o cümlədən 12 tüfəng, 3 tapança, 3 qumbaraatan, 4 əl qumbarası, 1584 müxtəlif döyüş sursatları, partlayıcı maddələr, habelə narkotik maddələr və s. müsadirə edilib.

Əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı məhv edilib.

Terrorçulara qarşı əməliyyat zamanı 1 türk hərbçisi şəhid olub, 4 hərbçi yaralanıb/Azərtac.