XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 12:07

Hər il siqaretə və onun yaratdığı fəsadlara 32 milyard xərclənir- Türkiyədə

Türkiyədə hər il siqaretə 22 milyard, yol açdığı xəstəliklərlə mübarizəyə isə 10 milyard türk lirəsi xərclənir.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər 9 fevral – Siqaretdən İmtina Günü münasibətilə Türkiyə Siqaretlə Mübarizə Dərnəyi tərəfindən keçirilən tədbirdə səsləndirilib.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Türkiyədə 252 min uşaq və 14,5 milyon yetkin insan siqaret çəkir. Hər il təxminən 83 min nəfər siqaretin fəsadlarından ölür. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının hesablamalarına görə isə Türkiyədə kişilərin 37,3, qadınların isə 10,7 faizi siqaret çəkir.

Siqaret dünyada hər il 6 milyon insanın ölümünə səbəb olur. Onlardan 600 mini siqaret tüstüsünə məruz qalanlardır ki, bu insanların da 75 faizi uşaq və qadınlardır.