XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 12:57

Tramp:"Demokratların ekoloji siyasəti ABŞ iqtisadiyyatına dağıdıcı təsir göstərib"

Birləşmiş Ştatların prezidenti Donald Tramp demokratların ekoloji siyasətinin ölkə iqtisadiyyatına dağıdıcı təsir etdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

Ağ Ev başçısı “fillər”in yeni kursunun irəliləyişinin əhəmiyyəti haqqında fikrini istehza ilə bildirib. Onun fikrincə, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq.

“Əgər hətta başqa ölkələr bunu etməyəcəklərsə, karbon qazı tullantılarının bütün təyyarələri, maşınları, inəkləri, nefti, qazı və silahlı qüvvələri tamamilə məhv etməsi çox yaxşı olardı. Müvəffəqiyyətlər!”, – deyə Tramp “Twitter”də yazıb.

ABŞ-ın Demokratlar Partiyasının nümayəndələri bir neçə gün əvvəl parlamentin hər iki palatasında “Yaşıl yeni kurs” üzrə qanun layihəsini təqdim ediblər. Sənəd 2035-ci ilə qədər ölkənin energetikasının istilikxana qazlarının tullantısız yenilənməsinə tam keçidini təklif edir.

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların son onillik ərzində aparılan ticarət siyasətini fəlakətli hesab edir və onu başqa istiqamətə yönləndirməyə çağırır.