XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 14:26

Yaponiya Filippindəki sülh prosesinə dəstək verməyə hazırdır- Nazirdən açıqlama

Yaponiyanın xarici işlər naziri Taro Kono deyib ki, onun ölkəsi Filippindəki Mindanao adasında artıq 40 ildir davam edən silahlı qarşıdurmanın aradan qaldırılmasına yönələn sülh prosesini dəstəkləməyə hazırdır.

Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə nazir Filippin Prezidenti Rodriqo Duterte ilə onun doğma şəhəri Davaoda görüşü zamanı bildirib.

Beş il bundan əvvəl Filippin hökuməti ilə Minadanao adasındakı islam yaraqlıları arasında əldə edilən razılaşmaya əsasən, həmin regionda müsəlman muxtar hökumətinin yaradılması istiqamətində işlər hazırda davam etdirilir.

Görüş zamanı T.Kono xatırladıb ki, cari il yanvarın 1-də Davaoda Yaponiyanın baş konsulluğu açılıb. Nazir bildirib ki, Yaponiya Filippinin silahlı qarşıdurma nəticəsində zərərçəkmiş rayonlarının bərpasına yardımı davam etdirməyə hazırdır.

Filippin prezidenti R.Duterte öz növbəsində bildirib ki, Yaponiyanın xarici işlər nazirini doğma şəhərdə salamlamaq onun üçün böyük şərəfdir. R.Duterte qeyd edib ki, onun ölkəsi Yaponiya ilə əməkdaşlığa həmişə böyük önəm verir.