XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 16:49

İstanbul aeroportlarından 8 milyona yaxın sərnişin istifadə edib- Bu ilin ilk ayında

Bu ilin ilk ayında İstanbulun hava limanlarında ümumilikdə 56 min 420 daxili və xarici uçuş həyata keçirilib ki, bu da ölkə üzrə ümumi reyslərin 54 faizini təşkil edib. Türkiyənin bütün hava limanlarında isə 104 min 691 daxili və xarici reys qeyd alınıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Dövlət Hava meydanları işlətməsi ümumi müdirliyindən verilən məlumata əsasən İstanbulun hava limanlarında həyata keçirilən reyslərdən ümumilikdə 7 milyon 968 min 882 sərnişin istifadə edib. Bu sərnişinlərdən 5 milyon 118 min 813-ü Atatürk, 2 milyon 757 min 846-sı Sabiha Gökçən, 92 min 223-ü isə İstanbul hava limanlarından yararlanıb.