XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 20:54

Polşa ABŞ-dan HIMARS raket qurğuları alacaq- 414 milyon dollara

Polşa ABŞ-dan HIMARS raket qurğuları almaq barədə qərar qəbul edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib.

“Çərşənbə günü biz ABŞ-la HIMARS sistemlərinin çatdırılması barədə müqavilə imzalayacağıq. Bu, silahlarla birgə 20 buraxılış qurğusundan ibarət olacaq”, – deyə nazir qeyd edib. Polşanın bütün sistem üçün 414 milyon dollar ödəyəcəyini deyən Blaşakın sözlərinə görə, bu, yaxşı qiymətdir.

HIMARS (High Mobility Artillery Rocket System) 300 kilometrədək məsafədə hədəfi vura bilən raket sistemidir. Raket qurğusu yüngül zirehli avtomobil üzərində yerləşdirilir.