XƏBƏR LENTİ

17 Fevral 2019
16 Fevral 2019

Digər Xəbərlər

10 Fevral 2019 - 23:20

Qazaxıstan sülhməramlıların sayını artıracaq- Bu məqsədlə gənc hərbçilərə təlimlər keçirilir

Qazaxıstan Müdafiə Nazirliyi sülhməramlı hərbçilərin sayını artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə “İliyski” poliqonunda gənc hərbçilərə təlimlər keçirilir.

Qazaxıstan 2018-ci ildə ilk dəfə BMT-nin sülh və təhlükəsizliyin qorunması missiyasına qatılmaq üçün Livana 120 sülhməramlı qüvvə göndərib. Ölkə konstitusiyasına əsasən, hərbçilər problemli bölgələrə yalnız parlamentin icazəsi ilə göndərilə bilərlər.