XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 11:43

Rusiyanın müdafiə naziri Türkiyəyə səfər edəcək –Bu gün

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyəyə səfər edəcək.

“Report” “Thmhaber”ə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutacaq.

İki ölkənin müdafiə nazirləri Ankarada görüşəcəklər. H.Akarla S.Şoyqu Suriya böhranı üzrə Soçidə keçiriləcək Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündən əvvəl bölgədəki vəziyyət müzakirə edəcəklər. Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.