XƏBƏR LENTİ

21 Avqust 2019
20 Avqust 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 21:33

İranda İslam İnqilabının 40-cı ildönümü qeyd edilir  –Parad zamanı raketlər nümayiş etdirilib

Bu gün İranda İslam İnqilabının 40-cı ildönümü qeyd edilir.

Yüz minlərlə insan 1979-cu ildə ABŞ-ın dəstəklədiyi Məhəmməd Rza Pəhləvinin şahlığına son qoyulması, mühacirətdə yaşayan Ayətulla Ruhulla Xomeyninin qayıtmasını bayram edir.

Bugünkü tədbir və yürüşlərdə “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirilib. İran prezidenti Həsən Ruhani yürüş iştirakçılarına deyib ki, İranın düşmənləri bizim adlandırdığımız “şeytan məqsədlərinə” nail olmayacaq.

Prezident əlavə edib ki, İran beynəlxalq ictimaiyyətlə konstruktiv əməkdaşlığını davam etdirəcək və heç bir raket növünün məhdudlaşdırılmasında heç kimdən icazə istəməyəcək.

Parad zamanı raketlər nümayiş etdirilib. (Amerikanın Səsi)