XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

11 Fevral 2019 - 22:30

Maduro ABŞ yardımının qarşısını kəsdi, Quaydo bəyanat verdi:“Bu, bəşəriyyətə qarşı cinayətdir”

ABŞ və digər 50 ölkənin Venesuela prezidenti kimi tanıdığı Xuan Quaydo humanitar yardımların blokadasını “bəşəriyyətə qarşı cinayətkarlıq” kimi qiymətləndirib.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, o, Kolumbiya ilə Venesuela arasında körpünü bağlayaraq xarici humanitar yardımların ölkəyə daxil olmasına mane olan qüvvələri pisləyib: “Bunun məsuliyyətini daşıyanlar və rejim bunu bilir. Bu, silahlı qüvvələrin bəşəriyyətə qarşı cinayətidir” – deyə, Quaydo bildirib. Prezident Nikolas Maduro Kolumbiya sərhədində ABŞ-ın 50 tondan çox humanitar yardımın ölkəyə daxil olmasının qarşısını alıb. O, ölkədə heç bir humanitar böhran olmadığını deyir. Birləşmiş Millətlər Təşkilatı Venesueladakı humanitar ehtiyacların kritik olduğunu bildirir. Təşkilat altıdan çox BMT agentliyinin əhalinin təcili sağlamlıq, ərzaq və müdafiə ehtiyaclarının qarşılaması üçün noyabr ayından bəri fəaliyyətini artırıb.

Bir çox müşahidəçi deyir ki, ABŞ-ın iqtisadi təzyiqinin və mümkün hərbi müdaxiləsinin nəticələrini götür-qoy etdiyi bir vaxt davam edən böhranın əziyyətini adi xalq çəkir.