XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 09:53

Özbəkistan DTX-sının keçmiş rəhbərinə cinayət işi acılıb –İnayət Abdullayev müxtəlif ağır cinayətlərdə ittiham olunur

Özbəkistanın təhlükəsizlik xidmətinin keçmiş rəhbərinə qarşı istintaq aparılır. Bunu məsələdən xəbərdar şəxslər deyir. Fevralın 11-də Özbəkistan prezidenti Ixtiyar Abdullayevin sağlıq problemləri ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyindən istefa verdiyini açıqlayıb.

Abdullayevin qəfil istefası, ona qarşı istintaq aparılması barədə məlumatlar Özbəkistanın aparıcı rəsmilərinin təqibə məruz qaldığı bir dönəmdə baş verir.

Prezident Şövkət Mirziyayevin idarəsi bildirib ki, 52 yaşlı Abdullaev onurğasında iki dəfə əməliyyat aparıldıqdan sonra istefa verib. Hökumətə yaxın üç mənbə “Azadlıq” radiosunun özbək xidmətinə deyib ki, fevralın 8-də Abdullayevə qarşı rüşvətxorluq və hakimiyyətdən sui-istifadə ittihamları ilə cinayət işi açılıb. Rəsmilər anonimlik şərtilə danışıblar.

Hüquq-mühafizə orqanları bu məlumatı təsdiqləməyib. Baş Prokurorluqdan “Azadlıq” radiosuna deyiblər ki, “bu məsələ barədə məlumatımız yoxdur”.

2006-cı ildə Islam Kərimovun ölümündən sonra prezident postuna keçən Mirziyayev xeyli sayda məmuru işdən çıxarıb. Abdullaev 2018-ci ilin yanvarında Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə gətirilib. Ondan öncə uzun müddət bu postda Rustam Inayatov idi və xidmət güclü və qorxu yaradan bir agentliyə çevrilmişdi.

Baş prokurorluq isə xüsusi intriqa obyekti kimi diqqət mərkəzində idi. Abdullayev təhlükəsizlik xidmətinin başına keçməzdən öncə baş prokuror vəzifəsində çalışırdı.

Mirziyayev 2017-ci ildə baş prokurorluğu sərt tənqid etmiş, onun əməkdaşlarını “”ən böyük oğrular” adlandırmışdı. Baş prokuror Rəşidcan Qadirov 2018-ci ilin fevralında işdən çıxarılıb, daha sonra həbs olunub.

Ötən ay “Azadlıq” radiosu məhkəmə məmurlarından Qadirovun işinin Daşkənddə məhkəmədə başlandığını öyrənə bilib. Maliyyə Nazirliyinin yüzlərlə əməkdaşı da işdən çıxarılıb. Mirziyayev bu nazirliyi korrupsiyaya görə tənqid etmişdi.

(Azadlıq radiosu)