XƏBƏR LENTİ

22 Aprel 2019
21 Aprel 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 19:18

Səudiyyə şahzadəsi Məscidül-Haramda –FOTOLAR

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman müqəddəs Məkkə şəhərindəki Məscidül-Haramı ziyarət edib.

Strateq.az “Fars” agentliyinə istinadla xəbər verir ki, paytaxtdakı sarayını nadir hallarda tərk edən tacdar şahzadənin Məkkəyə qəfil gəlişi ilə əlaqədar ciddi təhlükəsizlik tədbirləri görülüb.

Video və foto görüntülərdən Məscidül-Haramda xeyli sayda təhlükəsizlik və ordu mənsubunun kral ailəsi üzvünü mühafizə etdiyi aydın görünür.

Qərb mətbuatında MBS kimi qeyd olunan Məhəmməd bin Salman Kəbə Evinin içinə daxil olub, sonra qibləgahın damına çıxıb, bundan sonra o, Məscidül-Haramı tərk edib.