XƏBƏR LENTİ

06 Dekabr 2019
05 Dekabr 2019

Digər Xəbərlər

12 Fevral 2019 - 23:52

7 yaşlı qızcığazı məzhəbi fərqinə görə öldürüblər –Səudiyyə Ərəbistanına qarşı yeni etiraz dalğası

Mədinə şəhərində 7 yaşlı qızcığazın məzhəbi fərqinə görə öldürülməsi ilə bağlı sosial şəbəkələrdə Səudiyə Ərəbistanına qarşı etiraz dalğası güclənir.

Strateq.az xəbər verir ki, tükürpədici qətl şəhərdəki mağazaların birində, ananın gözləri qarşısına baş verib.

Şiə olduğuna görə öldürülən 7 yaşı Zəkəriyyə Bədr Əli əl-Cabir hücum etmiş bədəməl qızcığazın boğazını stəkanla kəsib.

Hadisədən şok keçirmiş ana xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, qətldən əvvəl 40 yaşlı cani ailənin müsəlman-şiə olduğunu və Ciddə şəhərindən gəldiyini öyrənib.

Səudiyyə mətbuatının məlumatına əsasən, əl-Cabir ailəsi Mədinəyə Peyğəmbər məscidinin ziyarəti məqsədi ilə gəlibmiş.

Qatilin motivləri tam müəyyən olunmayıb, bəz rəsmi mənbələr onun psixi xəstə olduğunu iddia edib. Lakin Mədinə şəhərinin polisi hələ də rəsmi açıqlama yaymayıb.