XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

14 Mart 2019 - 20:08

ABŞ-la Çin arasında ticarət sazişi aprelin sonunda imzalana bilər –İddia

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında iki ölkə arasındakı ticarət müharibəsinə son qoyacaq görüş aprel ayının sonundan tez keçirilməyəcək.

“İnterfax”ın məlumatına görə, hər iki tərəfin danışıqlarda irəliləyiş əldə etmələri barədə bəyanatlarına baxmayaraq, dövlət başçıları arasında ABŞ-ın Florida ştatında bu aya nəzərdə tutulan görüş baş tutmayıb.

Mənbənin sözlərinə görə, Çin tərəfi sazişin imzalanması üçün rəsmi səfər təşkil olunmasında israr edir.

Bu xəbərin təsiri ilə Çin yuanının ABŞ dollarına məzənnəsi 0,3 faiz azalaraq 6,727 yuan təşkil edib.

Qeyd edək ki, bu həftə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayser də Çinlə aralarında əqli mülkiyyət məsələsi də daxil olmaqla bir sıra mühüm məsələlərin hələ də həll olunmadığını, Çin tərəfinin ticarət razılaşmalarına əməl etməsi üçün Çin mallarının idxal rüsumlarının artırılması məsələsini gündəmdə saxlamaq istədiklərini bildirmişdi.

Son vaxtlar iki ölkə arasında danışıqlara münasibətini dəyişən D.Tramp isə ötən gün Çinlə saziş imzalamağa tələsmədiyini açıqlamışdı/Report.