XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 09:32

Yeni Zelandiyada məscidlərə hücum edən 4 nəfər saxlanılıb –Baş nazir terroru “misilsiz qəddarlıq” adlandırdı

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bunu polis komissarı Mayk Buş deyib. Zelandiya polisi bildirib: “Silahlı hücumda digərlərinin də iştirak edib-etmədiyini hələ bilmirik, lakin onlardan heç biri azadlıqda qalmayacaq”.

Qeyd edək ki, “Ən-Nur” və “Linvud” məscidlərinə hücum nəticəsində azı 27 nəfər həlak olub, xəstəxanalara təqribən 30 yaralı çatdırılıb. Yeni Zelandiyanın baş naziri Casinda Ardern hadisəyə münasibətini bildirib. “Kraystçerçdəki hadisələr – nadir və misilsiz qəddarlıq aktlarıdır.

C.Ardern deyib: “Kraystçerçdəki hadisələr – nadir və misilsiz qəddarlıq aktlarıdır. Yeni Zelandiyada bunun üçün yer yoxdur. Zərərçəkənlərin çoxu – miqrant icmalarının üzvləridir, Yeni Zelandiya onların evləridir, onlar – bizik”.