XƏBƏR LENTİ

22 May 2019

Digər Xəbərlər

15 Mart 2019 - 22:54

Suriyada intiharçı qadınlar özünü partladıb –Ölən və yaralanan var

Suriyanın Əl-Baquz yaşayış məntəqəsində üç intiharçı qadın özünü partladıb.

Trend-in məlumatına görə, bunu “Reuters” agentliyi “Suriya Demokratik Qüvvələri”nin silahlı birləşmələrinin nümayəndələrinə istinadən bildirib.

Qeyd olunur ki, terror aktı SDQ-nin təqdim etdiyi təhlükəsiz dəhlizlə Əl-Baquzu tərk edən dinc sakinlər və təslim olan terrorçuların toplanma məntəqəsində törədilib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan var.