XƏBƏR LENTİ

19 Aprel 2019
18 Aprel 2019

Digər Xəbərlər

14 Aprel 2019 - 14:17

Kanadada İslam əleyhinə yeni təşkilat yaradıldı:"Güc işlədərək hərəkətə keçmək lazım gələrsə, bunu edərik”

Kanadada islam əleyhinə “3 faiz” adlı qrup yaradılıb. Bu barədə ”vice.com” portalı məlumat yayıb. Portal 8 aylıq araşdırmadan sonra qrupun “Müharibə dostlarıyıq, müharibə halındayıq və həyatımızın mübarizəsinin ortasındayıq” şüarı ilə hərəkət etdiyini bildirib.

Portala açıqlama verən qrup lideri Robert Vellinqin Kanada hökumətinin onları yerli terrorçu kimi gördüyünü bildirib. Qrup başçısı Kanada daxilində 16 məscidə aktiv şəkildə nəzarət etdiklərini söyləyib:“Biz islamı və müsəlmanları sevmirik. Vaxt yetişərsə və güc işlədərək hərəkətə keçmək lazım gələrsə, bunu edərik”.

Bundan əlavə, xəbərdə qrupun Albertada 1600-dən çox üzvü olduğu və Kanada Krallıq polisinin vəziyyətdən xəbərdar olduğu qeyd edilib.
Alberta Müsəlman İctimaiyyətlə Əlaqələr Şurası isə qrupun adının rəsmi şəkildə terror təşkilatları siyahısına salınması üçün çağırış edib.

Qeyd edək ki, Kanadada İslam əleyhinə yaradılan bu qrup adını 2008-ci ildə ABŞ-da Barak Obamanın prezident seçilməsindən sonra yaradılan “3 faiz” qrupundan götürüb. Qrup Toronto, Monreal başda olmaqla, Kanadanın böyük şəhərlərində hər həftə etiraz aksiyası keçirərək özünə tərəfdaş toplamağa çalışır.  (Azpolitika)