XƏBƏR LENTİ

26 İyun 2019
25 İyun 2019

Digər Xəbərlər

14 Aprel 2019 - 18:46

Türkiyədə terror planlaşdıran iki PKK-çı zərərsizləşdirilib –Silah anbarı və sığınacaqlar məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Zap, Avaşin-Basyan, Hakurk və Qəndil bölgələrindəki PKK düşərgələrini bombalayıb.

AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, aviazərbələr nəticəsində terror təşkilatına məxsus silah anbarı və sığınacaqlar məhv edilib.

Digər bir rəsmi məlumata görə, Diyarbəkirin Kocaköy rayonu ərazisində keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilən Zinarin Berxvedan ləqəbli Hacire Yılmaz və Zilan Tolhildan ləqəbli Suzan Çelikin əşyalarından əhəmiyyətli kəşfiyyat məlumatları əldə olunub. Bu məlumatlar əsasında PKK və KCK terror təşkilatlarının Konya stadionunda terror hazırlandığı aşkar edilib. İstintaq nəticəsində 4 nəfər şübhəli qismində həbs edilib.