XƏBƏR LENTİ

19 İyun 2019

Digər Xəbərlər

15 Aprel 2019 - 12:42

NATO-nun sabiq rəhbərindən şok etiraf:“Putin buna görə Gürcüstana hücum etdi”

“Əgər 2008-ci ildə biz Gürcüstana üzvlüklə bağlı fəaliyyət planını versəydik, o zaman Rusiya bu ölkəyə hücum etməzdi”.

Strateq.az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın “Birinci kanal”ına müsahibəsində NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. Onun sözlərinə görə, NATO 2008-ci ildə keçirdiyi Buxarest sammitində səhvə yol verdi: “Bu, səhv idi. Mən Gürcüstan və Ukraynaya alyansa üzvlüklə bağlı fəaliyyət planının təqdim edilməsini dəstəkləyirdim, amma təəssüf ki, NATO-nun səfirləri konsensusa nail olmadılar. Bununla biz təhlükəli mesaj göndərmiş olduq. Putin və Medvedyevə göstərdik ki, NATO çox zəifdir. Bunun nəticəsində 2008-ci ildə onlar Gürcüstana hücum etdilər və Abxaziya ilə Cənubi Osetiyanı işğal etdilər. Biz Moskvaya zamanında dəqiq siqnal göndərsəydik, bu, baş verməzdi”.