XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 15:09

Baş nazir:"Hər hansı bir nazir tempdən geri qalsa, qərar özünü çox gözlətməyəcək”

“Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılmır”.

Bunu ölkənin Baş naziri Mamuka Baxtadze deyib.

Onun sözlərinə görə, hazırkı mərhələdə hökumətdə kadr dəyişiklikləri nəzərdən keçirilmir: “Lakin əgər hər hansı bir nazir lazımı tempdən geri qalsa, qərar özünü çox gözlətməyəcək”.

M.Baxtadze ölkənin yeni iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turanavanı ictimaiyyətə təqdim edib. O bildirib ki, N.Turnava iddialı tapşırıqları yerinə yetirməli olacaq.

Yeni nazir, öz növbəsində, hökumət başçısına ona göstərilən yüksək etimada görə təşəkkür edib: “Bizim zamanında yerinə yetirilməli olan konkret vəzifə və tapşırıqlarımız var. Etimadı doğrultmaq üçün mümkün olan hər şeyi edəcəyəm”.

Qeyd edək ki, Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Girogi Kobulia ötən gün tutduğu vəzifədən azad olunub. N.Turnava nazir postuna təyinat alana qədər G.Kobulianın müavini olub/Report.