XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 15:35

Makrondan Türkiyəni qəzəbləndirəcək qərar:"YPG/PYD-yə maliyyə yardımı göstəriləcək"

Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK-nın Suriyadakı qollarında biri olan PYD-nin ölkəsindəki təmsilçisi Xalid İsanın da olduğu Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyəti ilə görüşüb.

Məlumatı “Haber7” yayıb.

E.Makron terrorçu PKK/YPG-PYD-nin qurduğu SDQyə dəstək verəcəyini deyib.

Fransa prezidenti terrorçu qrupların formalaşdırdığı bu təşkilata maliyyə yardımı edəcəyini söyləyib.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PKK-nın terrorçu qruplar siyahısına daxil edib/Report.

Türkiyə isə YPG/PYD və onların qurduğu Suriya Demokratik Qüvvələrini (SDQ) PKK-nin bir qolu olaraq, terrorçu qruplaşma kmi tanıyır.