XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 17:22

Robert Müllerin məruzəsi kitab şəklində dərc edilib- ABŞ-da

Xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən seçkilərə müdaxiləsi iddiası ilə bağlı tam məruzəsinin yer aldığı iki kitab Amazon platformasında ən çox satılan 100 kitabın siyahısına daxil olub.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, vəkil Alan Derjoviçin müəllifi olduğu “Müllerin məruzəsi: xüsusi prokurorun Donald Tramp, Rusiya və müdaxilə barədə yekun hesabat” adlı ilk kitab Amazonun reytinqində 44-cü yerdə qərarlaşıb. Kitabda müəllifin özünün yazdığı ön sözdən başqa hər hansı əlavə şərh yerləşdirilməyib.

“The Washington Post” qəzetinin hazırladığı “Müller məruzəsinin” digər çap versiyası isə siyahıda 77-ci yerdədir. Nəşrə qəzet jurnalistlərinin məruzə ilə bağlı verdikləri şərhlər də daxil edilib.

Maraqlıdır ki, Robert Müllerin məruzəsi bir gün əvvəl ABŞ Ədliyyə Nazirliyinin saytında hər kəs üçün açıq şəkildə dərc olunub. Lakin bu, nəşriyyatların məruzənin dərc edilməsindən pul qazanmasına maneə yaratmayıb.