XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 17:44

“Forbes”:"Bill Qeytsin varidatı 100 milyard dolları ötüb"

Microsoft kompaniyasının qurucusu Bill Qeytsin varidatı 1999-cu ildən bəri ilk dəfə olaraq 100 milyard dollar həddini ötüb.

Azərtac xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb. “Bill Qeytsin var-dövləti bu həftə 100 milyard dolları ötüb. Bu, maliyyə hesabatının buraxılması ərəfəsində (hesabat aprelin 24-də dərc olunacaq) kompaniyanın səhmlərinin bahalaşması sayəsində baş verib”, – məlumatda belə deyilir.

Cümə axşamı günü Microsoftun səhmlərinin qiyməti maksimum səviyyəyə çataraq bir səhm üçün 123,52 dollara yüksəlib. Həftənin əvvəlindən səhmlər 2 faiz bahalaşıb.

Forbes Qeytsin varidatını 100,61 milyard dollar həcmində qiymətləndirir. O, dünyanın ən varlı insanları siyahısında varidatı 152,95 milyard dollar təşkil edən Amazon kompaniyasının başçısı Ceff Bezosdan sonra ikinci yerdədir.