XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 18:46

İranın kəşfiyyat naziri:“ABŞ-ın 290 casusunu ifşa etmişik”

“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) qarşı aparılan mürəkkəb əməliyyatlar nəticəsində müxtəlif ölkələrdə, o cümlədən İranda fəaliyyət göstərən şəbəkədə 290-dan çox casus ifşa etmişik”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın informasiya və kəşfiyyat (ETTELAAT) naziri Mahmud Ələvi bildirib.

Onun sözlərinə görə, İranın vacib sahələrinə yeridilən MKİ-nin onlarla əməkdaşını həbs ediblər.

Nazir deyib ki, MKİ ilə yanaşı, İran kəşfiyyatı Britaniyanın “Mi-6” agentlərinin ifşası ilə məşğul olub.