XƏBƏR LENTİ

25 May 2019
24 May 2019

Digər Xəbərlər

19 Aprel 2019 - 22:09

Zelenski və Poroşenkonun debatı:qarşılıqlı ittihamlar səsləndirildi + VİDEO

Ukraynada prezidentliyə namizədlər Vladimir Zelenski ilə Petro Poroşenkonun mərkəzi “Olimpiya” stadionunda debatı qarşılıqlı ittihamlar və suallarla zəngin olub.

Azərtac xəbər verir ki, Poroşenko və Zelenski öz seçki platformalarını açıqlayıb, qarşılıqlı sualları cavablandırıblar.

Əməkhaqları, sosial islahatlar, ordu, təhlükəsizlik, ölkənin ərazi bütövlüyü, korrupsiya halları hər iki namizədin çıxışının ana xətti olub. Zelenskini aktyorluğu, Poroşenkonun hökmü seçicilərin nəzərindən qaçmayıb.

Debat zamanı maraqlı anlardan biri də Zelenskinin seçicilər, Poroşenkonun isə Ukrayna bayrağı qarşısında diz çökməsi olub.

Hər iki namizədi dəstəkləmək üçün stadiona kifayət qədər seçici toplaşmışdı. İlkin ehtimala görə, debatda 40-50 min seçici iştirak edib. Seçicilər arasında hər hansı kütləvi insident qeydə alınmayıb.

Qeyd edək ki, debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvələri cəlb olunub.

Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.