XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 13:34

Qazaxıstanda avtobus aşdı: 11 nəfər öldü, 29 nəfər yaralandı –Prezident açıqlama yaydı

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, səhər saatlarında Kordaysk rayonunda Almaatı-Daşkənd yolunun 181-ci kilometrində “Tayota Kəmri” (“Toyota Camry”) markalı minik avtomobili yol kənarında dayanan yük maşını ilə toqquşub. Bu zaman eyni marşrut üzrə hərəkət edən sərnişin avtobusu toqquşmadan qaçmağa çalışarkən açıb.

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev açıqlama verərək, qəzada ölənlərin Özbəkistan vətəndaşı olduğunu bildirib.

Ölənlərin yaxınlarına başsağlığı verən Tokayev hadisə ilə əlaqədar Özbəkistan Prezidenti Şövkət Mirziyayevə teleqram göndərdiyini açıqlayıb/Axar.az.