XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 15:32

Müstəntiqlər devrilən prezidentin evində axtarış apardı –105 milyon dollar, 6 milyon avro nağd pul çıxdı

Sudanın hərbi prokurorluğunun müstəntiqləri ölkənin keçmiş Prezident Ömər əl-Bəşirin evində milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkarlayıblar.

“RİA Novosti” xəbər verir ki, bu barədə Sudanda çıxan “Ar-Ray Aləm” qəzeti yazıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş Prezidentin qızının evindən 6 milyon avro, 351 min dollar, 5 milyard Sudan funtu (təxminən, 105 milyon dollar) aşkar edilərək müsadirə olunub. Bu pullar Sudanın Mərkəzi Bankına köçürülüb.

Qeyd edək ki, Sudanda ötən ilin dekabrında çörəyin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyalar cari il aprelin 11-də 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnib.

Report