XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 16:22

Peruda keçmiş prezidentlər hədəfdə:son 3 gündə biri özünü öldürdü, digəri həbsxanaya göndərildi

Perunun keçmiş Prezidenti Pablo Kuçinsk ölkə paytaxtı Lima Şəhər Məhkəməsinin qərarı ilə 3 il müddətinə istintaq təcridxanasına göndərilib.

“Report” “dw”yə istinadən xəbər verir ki, məhkəmə məsələ ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Keçmiş Prezident korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilinir. 80 yaşlı keçmiş dövlət başçısı bu qalmaqal fonunda tutduğu vəzifəni tərk edib.

Qeyd edək ki, P.Kuçinski 2016-2018-ci illərdə Perunun Prezidenti olub.

Xatırladaq ki, Perunun keçmiş Prezidenti Alan Qarsiya da cari il aprelin 17-də özünü güllələyərək yaralamış və aldığı yaralardan xəstəxanada ölmüşdü.