XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 17:01

General:"Rusiya Ukraynaya hücuma hazırlaşır"

Rusiya 2019-cu ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlatmağa hazırdır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini İqor Romanenko danışıb.

Romanenkonun sözlərinə görə, hücuma keçmək üçün Rusiyaya 2-4 həftə vaxt tələb olunacaq. Hərbi əməliyyatlara Ukrayna sərhədləri yaxınlığında yerləşdirilmiş 80 minlik ordu cəlb olunacaq.

“Onlar sadəcə orada dayanıblar və mütəmadi olaraq təlimlər keçirirlər. Hərbi-nəqliyyat aviasiyası, dəmiryolu qoşunları və hava-desant qüvvələri hazırlanır”, – Romanenko bildirib.

Romanenko həmçinin hazırda Moskvanın hücum əməliyyatını məqsədəuyğun hesab etmədiyini qeyd edib.