XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 18:47

İstanbul Bələdiyyəsində şok korrupsiya faktları –Caninin sürücüsünə maaş verilirmiş

2012-ci ildə haqqında edam qərarı çıxarılan və Türkiyəyə sığınaraq İstanbulda yaşamağa başlayan İraqın sabiq vitse-prezidenti Tariq əl-Haşimi üçün ayılmış avtomobilin sürücüsünə İstanbul Böyük Bələdiyyəsinin (İBB) kassasından maaş verilirmiş.

Strateq.az “Sözcü” qəzetinə istnadla xəbər verir ki, CHP-li namizəd Əkrəm İmamoğlunun İBB başçısı seçilməsindən sonra başlayan maliyyə araşdırmaları nəticəsində bir sıra əsassız xərcləmələr və korrupsiya halları aşkarlanıb.

Əl-Haşiminin 5 il sürücüsü olmuş şəxsə İBB-dən ödənişlər də həmin araşdırma zamanı üzə çıxıb.

Bundan başqa, vaxtilə hökumətin Avropa İttifaqı ilə əlaqələr üzrə naziri olmuş Egemen Bağış üçün təsis edilən avtomobilin sürücüsünə də İBB-nin hesabına məvacib verilməsi faktı aşkarlanıb.