XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 19:26

Hollivud aktyoru Trampı təhqir etdi:"O, əcaf qanqsterdir"

Hollivud aktyoru Robert De Niro yenidən Donald Trampa “qurşaqdan aşağı” zərbə vuraraq onu “uğursuz” və “əclaf qanqster” adlandırıb.

Strateq.az “Daily Mail” nəşrinə istinadla xəbər verib ki, Cümə günü CBS-də “Stiven Kolbertin gecə şousu”na qatılan 75 yaşlı De Niro ABŞ prezidenti haqqında sərt ifadələr işlədib.

Qeyd edək ki, De Niro komik teleserialların birində xüsusi müstəntiq Robert Möllerin rolunu ifa edir. O, Stiven Kolbertə verdiyi müsahibəsində bu rolu özünün “vətəndaşlıq borcu” adlandırıb.

Martin Skorzesenin yeni filmində qanqster rolunu oynayan De Niro deyib: “İndi Ağ Evin də öz qanqsteri var”.

Aktyor əlavə edib: “Hətta qanqsterlərin də əxlaqı, xüsusi etikası, kodeksi mövcuddur. Onlar sözlərinin ağasıdır, amma Tramp nə danışdığını özü də bilmir”.

Bundan əvvəl, yanvar ayında De Niro ABŞ prezidentini Adolf Hitlerə bənzətmişdi. “Bütün diktatorlar kimi, Tramp da gülüncdür”.