XƏBƏR LENTİ

16 İyul 2019
15 İyul 2019

Digər Xəbərlər

20 Aprel 2019 - 23:55

Səudiyyə kralı Bəşər Əsədə məktub göndərdi:"Suriyanın yenidən bərpasına hazırıq"

Rusiya Prezidentinin Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin köməkçisi Sergey Verşinin dünən Ər-Riyadda Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizlə görüşdükdən sonra Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Teleqraf.com xəbər verir ki, Ər-Riyad və Dəməşqdəki görüşlərdə tərəflər Suriya böhranı ilə bağlı müzakirələr aparıblar.

Rusiya KİV-in iddiasına görə, Aleksandr Lavrentyev Səudiyyə kralının məktubunu Dəməşqdə olarkən Əsədə verib. Qeyd edilib ki, məktubda rəsmi Ər-Riyadın Suriya rəhbərliyi ilə əlaqələri yenidən bərpa etməyə hazır olduğu bildirilib.