XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 15:13

Liviyada hökumətlə generalın qüvvələri arasında şiddətli döyüş gedir –Hava limanı uğurunda

Dünəndən hökumət qüvvələri ilə Xəlifə Həftarın ordusu arasında Tripoli beynəlxalq hava limanının ələ keçirilməsi uğurunda şiddətli döyüş başlayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hava limanına gedən yolda Milli Razılıq Hökumətinə bağlı qüvvələrlə Liviya Milli Ordusunun feldmarşalı Xəlifə Həftərin qüvvələri arasında hazırda  şiddətli döyüşlər gedir.

Məlumata görə, döyüşlərdə ölən və yaralananlar olsa da, tərəflərdən heç biri geri çəkilməyib.

Onu da qeyd edək ki, son 15 gündə tərəflər arasında gedən döyüşlərdə 300-dən çox döyüşçünün öldüyü, 1000-dən çox yaralının olduğu bildirilir.