XƏBƏR LENTİ

25 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 19:03

Fransada “sarı jiletlər”in 23-cü aktı:227 nəfər saxlanılaraq dindirilib+FOTO

Fransada “sarı jiletlər” etiraz aksiyasının 23-cü aktı müxtəlif hadisələrlə yadda qalıb. Nümayişçilərin sayı ilə bağlı “sarı jiletlər”in hesablamalarına görə 101-125, Daxili İşlər Nazirliyinin hesablamasına görə isə 27 min nümayişçi iştirak edib. Parisdə 20 min 500 insanın ilkin yoxlamadan keçməsinə baxmayaraq, polis nümayişçilərin sayının 9 min olduğunu bildirib.

Azərtac xəbər verir ki, polis və nümayişçilər arasında qarşıdurmalarla və gərgin anlarla keçən 23-cü akt zamanı polisin jurnalistlərə qarşı zorakı olduğu xüsusi qeyd edilib. Polis jurnalistlərin əllərini qandallayaraq apardığı şəkillər sosial şəbəkələrdə yayılıb.

Nümayiş zamanı müxtəlif peşələri təmsil edən 227 nəfər saxlanılaraq dindirilib ki, onlardan 178-i müvəqqəti saxlanılıb. Nümayişdə gözlənildiyi qədər gərginlik olmadığı qeyd edilib.

Nümayişçilərin dağıdılması üçün istifadə edilən su şırnağının “göy rəngli maye” olması diqqəti cəlb edib. Bunun göy rəngli metil olduğu bəlli olub. Bu maye özündən sonra paltar və dəridə ləkələr yaradır ki, bu da polisə insanları müəyyən etməyə imkan verir.

Nümayiş zamanı yadda qalan məqamlardan biri də etiraz aksiyasının ilk günlərindən yaralı nümayişçilərin xəstəxanalarda xüsusi qeydiyyatının aparılması olub.

Nümayişçilər isə polisə qarşı “intihar edin” şüarını səsləndiriblər. Hökumət nümayəndələri bunu təhqir və qəbuledilməz hesab ediblər. Bəzi müxalifət partiyalarının reaksiyalarının düz olmadığı qeyd edilib.

Xatırladaq ki, Fransada polislərin intiharı yüksək səviyyədədir.