XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 20:00

Yaponiyada seçkilər:hakim partiya parlamentə əlavə seçkilərdə uduzub

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) aprelin 21-də parlamentin aşağı palatasına keçirilən əlavə seçkilərdə məğlub olub.

Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, Okinava və Osaka prefekturalarında keçirilən əlavə seçkilərdə LDP strateji məğlubiyyətə uğrayıb. Bu barədə agentliyin müstəqil şəkildə apardığı hesablamalara əsasən bildirilir. Qeyd edilir ki, əlavə seçkilərdə məğlubiyyət Baş nazir Şinzo Abenin kursuna böyük zərbədir və bu, ölkədəki ümumi siyasi vəziyyətə ciddi təsir göstərə bilər.

Seçkilər zamanı aşağı palatadakı iki yer uğrunda qızğın mübarizə gedib. Okinavadakı 3 nömrəli seçki dairəsində seçicilər ötən il qubernator seçilmiş Denni Tamakini aşağı palatada əvəz edəcək şəxsi müəyyənləşdiriblər. Bu seçki dairəsinə ABŞ dəniz piyadaları korpusu üçün yeni bazanın inşa edildiyi Naqo şəhərinin Henoko rayonu da daxildir. Bu yerdəyişmə hakim və müxalif partiyaları qarşı-qarşıya qoyan əsas mövzu olub.

Bundan əlavə, Osakadakı 12 nömrəli dairədə hakim Liberal Demokratik Partiyanın vəfat etmiş üzvünün yerinə əlavə seçkilər keçirilib. Burada dörd namizəd həmin yer uğrunda qızğın mübarizə aparıblar.

Hər iki halda Baş nazir Şinzo Abenin partiyasının rəqibləri qələbə qazanıb. Belə ki, Okinavada ABŞ dəniz piyadalarının Futenmadakı aviabazasının çıxarılmasını dəstəkləyən jurnalist Tomohiro Yare qalib gəlib. Osaka da isə yerli müxalifətin nümayəndəsi, hökuməti ölkənin bu böyük sənaye, maliyyə və mədəniyyət mərkəzinin problemlərini həll etməməkdə ittiham edən Fumitake Fuzita qələbə çalıb.

Bu, hakim Liberal Demokratik Partiyanın 2012-ci ildə Şinzo Abenin rəhbərliyi ilə hakimiyyətə gəldikdən sonra ölkənin ali qanunverici orqanına seçkilərdə ilk məğlubiyyətidir.

Yaponiyada aprelin 21-də keçirilən seçkilər iyulda parlamentin yuxarı palatasına keçiriləcək seçkilərin baş məşqi hesab edilir.