XƏBƏR LENTİ

27 May 2019
26 May 2019

Digər Xəbərlər

21 Aprel 2019 - 21:37

Türkiyə XİN rəhbəri:"Şri-Lankada günahsız insanlara qarşı terror aktlarını qətiyyətlə pisləyirəm"

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şri-Lankada baş verən terror aktlarını pisləyib.

Trend-in məlumatına görə, bu barədə M.Çavuşoğlu öz “Twitter” səhifəsində yazıb.

XİN rəhbəri bildirib: “Pasxa bayramı zamanı Şri-Lankanın otellərində və kilsələrində günahsız insanlara qarşı terror aktlarını qətiyyətlə pisləyirəm”.

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 6 partlayış törədilib.