XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 10:11

Misirdə referendum:seçicilər prezidentin səlahiyyət müddətinin uzadılmasını dəstəkləyib

Misir seçicilərinin 89 faizi konstitusiyaya dəyişikliklərin edilməsinə, o cümlədən prezidentin səlahiyyət müddətinin uzadılmasına səs verib.

Azərtac xəbər verir ki, Misirin Milli Seçki Komissiyasının sədri Laşin İbrahim aprelin 20-22-də baş tutan konstitusiyaya düzəlişlərin edilməsinə dair ümumxalq referendumun nəticələri barədə məlumat verərək qeyd edib.

Bildirib ki, əsas qanuna dəyişikliklərin edilməsini misirlilərin 88,83 faizi dəstəkləyib və səsvermədə iştirak 44,33 faiz təşkil edib. Onun sözlərinə görə, dəyişikliklər elan olunan andan qüvvəyə minir.

Səsvermədə səs hüququna malik 27 milyondan çox seçici iştirak edib.

Misir konstitusiyasında səsverməyə 12 düzəliş təklif edilmişdi, onlardan ən əsası ölkə başçısının səlahiyyət müddətinin 4 ildən 6 ilə kimi uzadılmasıdır. Əsas qanunun yeni redaksiyasına əsasən, hazırkı prezident Əbdül Fəttah əs-Sisi 2030-cu ilə qədər hakimiyyətdə qalmaq hüququna malik olur. Belə ki, 2018-ci ildə prezident seçilmiş Əbdül Fəttah əs-Sisinin səlahiyyət müddəti 2022-ci ildə yox, 2024-cü ildə bitəcək. Bundan sonra da o, daha bir müddətə seçilmək hüququ qazanıb.