XƏBƏR LENTİ

24 Avqust 2019
23 Avqust 2019

Digər Xəbərlər

24 Aprel 2019 - 13:01

Kiyevdə xüsusi əməliyyat:əcnəbi cinayətkar qrupdan 25 milyon dollarlıq heroin götürülüb+FOTO

Aprelin 24-ə keçən gecə Ukraynanın paytaxtı Kiyevdə Avropa ölkələrinə külli miqdarda heroin keçirmək istən əcnəbi cinayətkar qrup zərərsizləşdirilib.

Bu barədə Azərtac Ukrayna Milli Polisinin saytına istinadla xəbər verir.

Məlumata görə, onlarda 300 kiloqramdan çox heroin götürülüb. Aşkarlanan heroinin qara bazarda qiyməti 25 milyon dollar dəyərindədir. Faktla bağlı cinayət işi açılıb. Qrupun digər üzvlərinin saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, martın 31-də də Kiyev vilayətində əcnəbi vətəndaşlardan ibarət cinayətkar qrupdan dəyəri 50 milyon dollar qiymətləndirilən, çəkisi 600 kiloqram olan heroin aşkarlanaraq götürülmüşdü.