XƏBƏR LENTİ

19 İyul 2019
18 İyul 2019

Digər Xəbərlər

15 May 2019 - 13:01

Türkiyədə axtarışda olan təhlükəli terrorçu məhv edilib- Tutulması üçün 1,5 milyonluq mükafat ayrılmışdı+FOTO

Türkiyənin Siirt bölgəsində aprelin 30-da keçirilmiş antiterror əməliyyatında zərərsizləşdirilən 6 terrorçunun şəxsiyyəti müəyyənləşdirilib.

Azərtac Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, onlardan biri nazirlik tərəfindən axtarışda olan “Helin Gabar” ləqəbli Akide Öztekindir.

Bu təhlükəli terrorçunun tutulması üçün 1 milyon 500 min Türkiyə lirəsi (təxminən 250 min ABŞ dolları) məbləğində pul mükafatı ayrılmışdı(azərtac).