XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

15 May 2019 - 17:01

Gallup International:"Ermənistan ən aqressiv ölkədir"

Ermənistan aqressiv ölkələr arasında reytinqdə birinci yerdə qərarlaşıb.

Trend-in məlumatına görə, bu barədə “Gallup International” agentliyinin “Global Emotions” reytinqində deyilir.

Qeyd olunur ki, dünyanın 140-dan çox ölkəsində keçirilmiş sorğuda gülüş, narahatlıq, aqressivlik, heyranlıq, təəccüb və digər emosiyalar barədə suallar verilib.

Sorğuya əsasən, Ermənistan əhalisinin 55 faizi daha çox əsəbiləşdiyini deyib.

Bu reytinqdə ilk beşlikdə Ermənistandan sonra İraq, İran, Fələstin və Mərakeş qərarlaşıb.